İdman

Yaponiyalı idmançı Bakıda keçirilən Dünya Kubokunda qızıl medal qazandı

17 Mart 2019 13:36
Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dəstəli at üzərində hərəkətlərin yekunu üzrə qaliblər müəyyən olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, yaponiyalı idmançı Kohey Kameyama final mərhələsində 15.233 xal toplamaqla birinci yeri tutub.

Fransa gimnastı Kiril Tommason 14.833 xalla ikinci, çinli Haio Venq isə üçüncü (14.033) olub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda sonuncu yarış günü keçirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.