İdman

Bakıda gimnastika tirində hərəkətlərin yekunu üzrə ən güclülər müəyyən olunub

17 Mart 2019 13:15
Baxış: 191

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında gimnastika tirində hərəkətlərin yekunu üzrə qaliblər müəyyən olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, avstraliyalı idmançı Emma Nedov final mərhələsində 14.100 xal toplayaraq qızıl medal əldə edib.

Eyni göstəriciyə malik Fransa gimnastı Marine Boyer gümüş, yapon Mana Oquçi bürünc medal (13.200) qazanıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda sonuncu yarış günü keçirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.