İdman

Bakıda kişi gimnastlar arasında dayaqlı tullanma yarışının qalibləri məlum oldu

17 Mart 2019 13:09
Baxış: 322

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda kişilər arasında dayaqlı tullanma yarışının qalibləri müəyyən olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, koreyalı idmançı Hakseon Yanq final mərhələsində 14.970 xal toplamaqla birinci yeri tutub.

Ukrayna gimnastı İqor Radivilov 14.833 xalla ikinci, rusiyalı Denis Abliazin isə üçüncü (14.766) olub.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunda sonuncu yarış günü keçirilir.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.