İdman

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sonuncu günü başlayıb - FOTO

17 Mart 2019 12:46
Baxış: 353

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların dördüncü - sonuncu gününə start verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün final mərhələsində kişi idmançılar arasında dayaqlı tullanma, dəstəli at və turnikdə hərəkətlər üzrə ən güclülər müəyyənləşəcək. Qadın gimnastlar arasında isə gimnastika tiri və sərbəst hərəkətlərin yekunu üzrə qaliblər məlum olacaq.

Azərbaycanı final mərhələsində Marina Nekrasova (gimnastika tiri) təmsil edir.

Günün sonunda mükafatlandırma mərasimi keçiriləcək.

Xatırladaq ki, ötən gün Azərbaycan idmançısı Nikita Simonov halqalarla hərəkətlərdə gümüş medal qazanıb.

Qeyd edək ki, ayın 14-dən başlayan Dünya Kuboku Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayır. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast qeydiyyatdan keçib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.