İdman

Bu, kluba bağlı bir şeydir” - Çalhanoğlu

17 Mart 2019 10:59
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu İtaliya mətbuatına açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi, bəzi klublardan transfer təklifi aldığını etiraf edib:

"Sizə yalan danışmayacam, bəzi klublardan transfer təklifi almışam. Ümid edirəm ki, uzun müddət burda qalacam. Ancaq bu, kluba bağlı bir şeydir. Son qərarı onlar verəcək".

2017-ci ildən "Milan"da forma geyinən Hakan Çalhanoğlunun klubuyla 2021-ci ilin yayına qədər müqaviləsi var. Türkiyəli futbolçunun adı qış transfer pəncərəsi dövründə Bundesliqa təmsilçiləriylə hallanırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.