İdman

Maykl Essyen rəsmən "Səbail"də - FOTO

16 Mart 2019 19:43
0 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış futbolçu Maykl Essyenin "Səbail"ə keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı  xəbər yayıb. Onunla 1,5 illik müqavilə imzalayıb. Essyen həmçinin "Səbail"in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qeyd edək ki, peşəkar karyerasına "Bastiya"da başlayan Qana millisinin sabiq üzvü "Çelsi", "Real" və "Milan" kimi nəhəng klubların formasını geyinib. 37 yaşlı yarımmüdafiəçi "Çelsi"nin heyətində 168 matçda 19 qol vurub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.