İdman

Azərbaycan idmançısı Dünya Kubokunda gümüş medal qazandı

16 Mart 2019 13:51
Baxış: 677

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda sərbəst halqalarla çıxışların yekunu üzrə qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov uğurla çıxış edərək 14.800 bal toplayıb. Bu nəticə ilə təmsilçimiz gümüş medal qazanıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.