İdman

ABŞ gimnastı Bakıda qızıl medal qazandı

16 Mart 2019 13:40
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında dayaqla tullanma yarışında qaliblər müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ABŞ idmançısı Ceyd Keri 14.766 balla birinci, özbəkistanlı gimnast Oksana Çusovitina ikinci (14.450), meksikalı Aleksa Moreno isə üçüncü (14.249) olub.

Azərbaycan təmsilçisi Marina Nekrasova 13.966 bal toplayaraq yarışı 6-cı sırada tamamlayıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.