İdman

Özbəkistanlı məşqçi: "Marina Nekrasovaya afərin!"

16 Mart 2019 13:26
Baxış: 258

Azərbaycana gəlmək hər zaman xoşdur, burada qonaqları açıq qəlblə və şərq qonaqpərvərliyi ilə qarşılayırlar.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Özbəkistan milli komandasının məşqçisi Lüdmila Li deyib.

O bildirib ki, Bakıda Dünya Kubokunun təşkili heyranlıq doğurur.

Məşqçi həmçinin qeyd edib ki, Azərbaycan gimnastı Marina Nekrasova daim öz səviyyəsini yüksəldir:

"Marina Nekrasovaya afərin! O, daim ustalığını nümayiş etdirir. Biz həmişə bir-birimizi dəstəkləyirik".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.