İdman

Gənc tamaşaçılar Dünya Kubokunda azərbaycanlı gimnastlara azarkeşlik edirlər - FOTO

16 Mart 2019 13:04
Baxış: 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku turnirinin gənc tamaşaçıları Mehriban Qəniyeva, Məryəm Məhəmmədova və Aynaz Məcidzadə yarışlarda azərbaycanlı gimnastlara azarkeşlik edirlər.

Milli.Az bildirir ki, Trend-ə danışan M.Qəniyeva özü də idman gimnastikası ilə məşğul olduğunu bildirib:

"Məşhur gimnastların çıxışlarını izləmək mənə stimul verir. Onların çıxışlarını izlədikcə daha çox məşq etmək və idmanda uğurlar qazanmaq istəyirəm".

M.Məhəmmədova çıxışları böyük maraqla izlədiyini deyib: "Azərbaycanlı gimnastların həm bu yarışda, həm də gələcək yarışlarda medallar qazanmasını arzulayıram".

A.Məcidzadə isə Milli Gimnastika Arenasına dəfələrlə gəldiyini bildirib: "İdman gimnastikası xoşuma gəlir, ona görə də anamdan xahiş etdim ki, məni gimnastikaya qoysun. Məşhur gimnast olmaq və ölkəmizi yarışlarda təmsil etməyi arzulayıram".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.

Martın 17-nə qədər davam edəcək turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.