İdman

Məsut Özil Ərdoğanı toyuna çağırdı

16 Mart 2019 10:30
1 Şərh     Baxış: 1 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Arsenal"ın futbolçusu Məsut Özil və nişanlısı, Türkiyə gözəli Əminə Gülşəni qəbul edib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, dövlət başçısı Atatürk hava limanında qəbul etdiyi cütlüklə bir müddət söhbət edib. Məsut-Əminə cütlüyü Ərdoğana toy dəvətnaməsi verib. 

Qəbul vaxtı Yeni Zelandiyadakı terror hücumu və Türkiyənin gündəmi müzakirə edilib. Özil terror hücumunu qınayıb. Söhbətdən sonra Məsut və Gülşə Ərdoğanı toylarına dəvət ediblər və ona dəvətnamə veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.