İdman

"Ramil son zamanlar möhtəşəm oynayır" - "Krılya Sovetov"un baş məşqçisi

16 Mart 2019 10:21
0 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Rusiya Premyer Liqasının 20-ci turu çərçivəsində səfərdə "Anji"ni 2:0 hesabı ilə məğlub edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra Samara klubunun baş məşqçisi Miqodraq Bojoviç fikirlərini bölüşüb. Monteneqrolu mütəxəssis oyunda 2-ci qolun müəllifi olan Şeydayev barədə də danışıb: "Rahat oyun olmadı, ancaq qələbəni haqq etdiyimizi düşünürəm.

İlk hissə çox çətin oldu, fasilədən sonra isə daha çox topla oynamağa başladıq. Ramil Şeydayev doğum günündə qol vurdu? O, son zamanlar möhtəşəm oynayır. Ramil üçün xoşbəxtəm. Şeydayev çalışqan və yaxşı oğlandır, belə oynamağa davam etsin".

Qeyd edək ki, 23 yaşlı hücumçu qış fasiləsindən sonra Samara klubunda 3 oyuna 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.