İdman

""Qəbələ"də milli səviyyəsində çox futbolçu var"

16 Mart 2019 09:15
0 Şərh     Baxış: 444

Hazırda "Neftçi" çempionluğa oynayan komandadır. Onlardan 1 xal almaq bizim üçün yaxşı nəticədir. Artıq "Səbail"ə yaxınlaşırıq. 2 xal fərqimiz var. Bu səbəbdən nəticə bizim üçün normaldır.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Rauf Əliyev Topaz Premyer Liqasının 21-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, oyunun sonlarında komandasının yorulduğunu söyləyib: "Daha çox əks-hücumlara çıxırdıq. Çox qaçırdıq, mübarizə aparırdıq. Ona görə son dəqiqələrdə komandamızda yorğunluq hiss olundu. Bəlkə, matçın sonlarında daha dəqiq oynasaydıq, əks-hücumlarda "Neftçi"ni yaxalaya bilərdik. Nəticə ədalətlidir".

30 yaşlı hücumçu əsas məqsədlərinin "Səbail"i keçmək olduğunu bildirib: "Bu gün nə "Neftçi", nə də "Qarabağ"a kömək etmək fikrimiz var. Heç kim başqa məqsəd üçün meydana çıxmır. Bu gün də meydana çıxıb, xalımızı aldıq. Bizim əsas fikrimiz "Səbail"ə yaxınlaşmaq, onları keçməkdir".

Əliyev milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin yığmaya "Qəbələ"dən futbolçu dəvət etməməsinə də münasibət bildirib: "Milliyə çağırılmaq mövzusu elə bir şeydir ki, heç kim bir söz deyə bilmir. Baş məşqçi belə qərar verib, çağırmayıb. Heç kim dəqiq bilməz ki, nəyə görə çağırmayıb. Yəqin ki, komandamızdan heç kim onu qane etməyib. Heyətimizdə milli səviyyəsində çox futbolçu var. Ümid edirəm, gələcəkdə yenidən millidə olacaqlar".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.