İdman

Maykl Esyen “Səbail”də: müqavilə bağlandı - FOTO

16 Mart 2019 08:18
2 Şərh     Baxış: 733

"Səbail" Futbol Klubu dünya şöhrətli Maykl Esyenlə müqavilə bağlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, müqaviləyə əsasən, qanalı futbolçu 15 ay müddətində Bakı klubunun formasını geyinəcək.

O, həmçinin U-19 komandasının məşqçilər heyətində də yer alacaq.

Xatırladaq ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi azad agent statusuna malik idi.

Peşəkar karyerasına Fransa "Bastia"sında başlayan Esyen ən çox oyuna İngiltərənin "Çelsi" klubunda çıxıb.

Yarımmüdafiəçi "Çelsi" formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının "Real" və İtaliya nəhəngi "Milan"ın da şərəfini qoruyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tənqidçi · 16 Mart 08:4800

    Ay daaaaa.....Esyen???? Deməli bunun bizim futboldan xəbəri yoxdu...olsaydı heç vaxt bura gəlməzdi....

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 16 Mart 09:0920

    tükənmiş bir keçmiş futbolçu səbailə nə verəcək görəsən? yəqin ki burda çox qalmaz.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.