İdman

Ronaldu Portuqaliya millisinə qayıdır

15 Mart 2019 23:02
1 Şərh     Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş 2020-ci ildə Avropa Çempionatının seçmə mərhələsində Ukrayna və Serbiya ilə qarşılaşmada komanda heyətini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matçların əsas hadisəsi "Yuventus"un forvardı Kriştianu Ronaldunun Portuqaliya millisində çıxış etməsi olacaq.

Santuş millinin tərkibini belə açıqlayıb:

Qapıçılar: Betu, Sa, Patrisiu

Müdafiəçilər: Kanselu, Semedu, Fonte, Pepe, Diaş, Ruy, Qerreyro

Yarımmüdafiəçilər: Pereyra, Neveş, Karvalyu, Fernandeş, Mariu, Matinyo, Pitsi

Hücumçular: Silva ("Mançester Siti"), Qedeş, Silva ("Benfika"), Silva ("Sevilya"), Ronaldu, Jota, Souza, Feliş.

Portuqaliya-Ukrayna qarşılaşması martın 22-də Lissabonda olacaq. 3 gün sonra isə portuqaliyalılar serblərlə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.