İdman

Milli Gimnastika Arenasında apreldə Polşada keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatının püşkatma mərasimi baş tutub - FOTO

15 Mart 2019 20:44
Baxış: 268

Bu gün Bakıda Milli Gimnastika Arenasında aprelin 10-14-də Polşanın Şetsin şəhərində keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatının püşkatma mərasimi baş tutub.

Trend-in məlumatına görə, mərasim zamanı kişi idman gimnastikası üzrə püşkatma olub.

Mərasimdə Avropa Gimnastika İttifaqının (UEG) kişi idman gimnastikası üzrə texniki komitəsinin nümayəndələri iştirak edib.

Altı hərəkət üzrə - fərdi çıxışlar, dəstəli at üzərində hərəkətlər, halqalarla hərəkətlər, dayaqla tullanma, paralel qollarda hərəkətlər, turnik üzrə hərəkətlərdə çıxış qaydaları müəyyənləşdirilib.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan gimnastları öz çıxışlarını birinci yarımqrupda dayaqla tullanma yarışlarında başlayacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.