İdman

Qazaxıstan gimnastı: "Bakıda bizi çox yaxşı qarşılayırlar"

15 Mart 2019 19:47
Baxış: 735
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İdman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən Qazaxıstan gimnastı Yekaterina Çuykina öz çıxışını məqbul qiymətləndirir.

Milli.Az bildirir ki, bunu Trend-ə gimnast özü deyib.

O, Bakıya ilk dəfə gəldiyini bildirib: "Bakıda hər şey mənim xoşuma gəlir, burada bizi çox yaxşı qarşıladılar. Hər şey çox gözəldir. Yarış yüksək səviyyədə keçir, rəqabət güclüdür".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.