İdman

Səfir: "Cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır"

15 Mart 2019 19:07
Baxış: 243

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda iştirak edən cənubi koreyalı idmançılar şəhərdən və turnirdən çox razıdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op deyib.

Səfir Milli Gimnastika Arenasında ilk dəfə olduğunu bildirib:

"Mən bu dəvətə görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdaram. Bu gözəl arenaya mən ilk dəfə gəlmişəm. Onu da demək istəyirəm ki, turnir çox maraqlıdır".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az 

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.