İdman

İdman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub

15 Mart 2019 17:17
Baxış: 154

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kubokunda qadınlar arasında sərbəst hərəkətlərdə finalçılar məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, finala Lara Mori (İtaliya), Ceyd Keri (ABŞ), Vanessa Ferrari (İtaliya), Varvara Zubova (Rusiya), Marin Boyer (Fransa), Emma Nedov (Avstrtaliya), Diana Varinska (Ukrayna), Ana Cerek (Xorvatiya) vəsiqə qazanıb.

Azərbaycan gimnastı Marina Nekrasova finala vəsiqə qazana bilməyib. O, 12,366 xal toplayaraq 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.