İdman

Azərbaycan gimnastı Marina Nekrasova Dünya Kubokunda

15 Mart 2019 16:41
Baxış: 333

Azərbaycan gimnastı Marina Nekrasova idman gimnastikası üzrə Dünya Kubokunda gimnastika tiri üzərində hərəkətlərdə finala çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, idmançı 12,566 xal toplayıb.

Bu növdə həmçinin aşağıdakı gimnastlar finala vəsiqə qazanıb:

Emma Nedov (Avstrtaliya), Marin Boyer (Fransa), Li Tsi (Çin), Elvira Katsali (Yunanıstan), Lara Mori (İtaliya), Manna Okuti (Yaponiya), Anastasiya Baçinska (Ukrayna).

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.