İdman

İnstagram-dakı "layk"a görə qovulur - PSJ-də qalmaqal

15 Mart 2019 14:28
0 Şərh     Baxış: 1 021
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ yarımmüdafiəçisi Adrien Rabyonu cəzalandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna 23 yaşlı futbolçunun Çempionlar Liqasının "Mançester Yunayted"ə qarşı təkrar 1/8 final oyunu öncəsi gecə klubuna getməsi səbəb olub.

Qeyd edək ki, PSJ təkrar qarşılaşmada uduzaraq ÇL-də mübarizəni dayandırıb.

Paris klubu ilkin cəza olaraq futbolçunu martın 27-nə kimi əsas komandadan xaric edib. Bu qərar həm də ona görə verilib ki, Rabyo "Mançester Yunayted"li futbolçu Patris Evranın PSJ üzərindəki qələbə sevinci ilə bağlı İnstagram-da etdiyi paylaşımı bəyənib.

Qeyd edək ki, bu günlərdə PSJ rəhbərliyinin iclası keçiriləcək. Həmin iclasda Rabyo ilə müqavilənin ləğv ediləcəyi və onun komandadan göndəriləcəyi ehtimal edilir.

Qeyd edək ki, PSJ - "Mançester Yunayted" matçında (1:3) Rabyonun adı oyunun iştirakçıları sırasında olmayıb. Görüşdən sonra o narazılıqla bildirib ki, yaxşı formada olsa da, heyətə daxil edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.