İdman

Esyen "Səbail"lə müqavilə imzalamaq üçün Bakıya gəldi - FOTO

15 Mart 2019 11:14
0 Şərh     Baxış: 968

"Səbail"in heyətinə qatmaq istədiyi dünyaca məşhur futbolçu Maykl Esyen Bakıya gəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu gün paytaxtımıza gələn qanalı futbolçu "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" oyununu da tribunadan canlı izləyəcək.

Qeyd edək ki, vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi komandaların formasını geyinmiş yarımmüdafiəçinin Bakı klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki,Esyen bir neçə gün öncə UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı paytaxtımızda təşkil olunan "Ulduzlar finalı"nda da meydana çıxmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.