İdman

Bakıda keçirilən Dünya Kubokunda müxtəlif hündürlüklü qollar üzrə yarışlarda finalçılar müəyyənləşib

14 Mart 2019 18:07
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində müxtəlif hündürlüklü qollar üzrə yarışlarda çıxış edən qadın gimnastlar arasında finalçılar müəyyənləşib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rusiyalı idmançı 14,466 bal toplayaraq lider olub.

Finala, həmçinin isveçli Yonna Adlerteq (14,33 bal), Çin təmsilçisi Lyu Tszyatsi (14,066), ukraynalı gimnast Diana Varinska (13,933), Avstraliya idmançısı Corciya-Rouz Braun (13,633), daha bir ukraynalı Anastasiya Baçinska (13,033) və italyan gimnast Martina Ritselli (12,966) vəsiqə qazanıblar.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.