İdman

Zidandan "Real"a ilk transfer - RƏSMİ

14 Mart 2019 18:04
0 Şərh     Baxış: 1 818

"Real" yeni mövsüm üçün  transfer edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Portu"nun müdafiəçisi Edera Militaonu heyətinə qatıb. 21 yaşlı oyunçu ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqaviləyə əsasən, o, yaydan komandaya qoşulacaq. La Liqa klubu bu transfer üçün 50 milyon avro təzminat ödəyəcək.

Beləliklə, "Real"ın baş məşqçisi Zinəddin Zidan Madrid klubuna qayıdışından sonra ilk transferini edib.

Qeyd edək ki, E.Militao bu mövsüm Portuqaliya çempionatında 20 matçda 2 qol vurub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.