İdman

Azərbaycan gimnastı Dünya Kubokunda finala çıxmağa çalışır

14 Mart 2019 16:01
Baxış: 459
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Halqalarla hərəkətlərdə kombinasiyanı yerinə yetirdim, hər şeyi necə lazımdır etdim, qiymətləndirmə də pis deyil".

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan gimnastı Nikita Simonov deyib.

N.Simonov bildirib ki, Milli Gimnastika Arenasında ab-hava möhtəşəmdir, azarkeşlər gimnastları ruhlandırırlar: "Bu, yarışlarda idmançılara kömək edir. Doğma məkanda çıxış etmək çox əladır".

Gimnast Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda finala yüksəlmək üçün çalışdığını vurğulayıb:

"Düşünürəm ki, halqa əsas alətdir. Finala çıxmaq və bu həlledici mərhələdə yaxşı çıxış etmək üçün çalışıram. Bu turnirdə rəqiblər çoxdur, onlar arasında Ukrayna, Britaniya, İtaliya və Çindən olan idmançıları xüsusi fərqləndirmək lazımdır".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir. Martın 17-nə qədər davam edəcək yarışların ilk günü kişilər təsnifat mərhləsində sərbəst hərəkətlər, paralel qollar və halqalar, qadın gimnastlar isə dayaqla tullanma və müxtəlif hündürlüklü qollar üzrə tapşırıqları yerinə yetirirlər.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edirlər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edir, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayır. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparır.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.