"Manşester Siti" yarımmüdafiəçisi Leroy Sane ilə yeni müqavilədə heç cür ortaq məxrəcə gələ bilmir.
Milli.Az matc.az-a istinadən xəbər verir ki, buna futbolçunun anası Sane Regina Veber mane olur.
Məsələ burasındadı ki, ötənlərin məşhur gimnastı olan, 1984-cü ildə Olimpiadanın bürünc mükafatını qazanan Veber danışıqlarda özü iştirak edir. Oğlunun meneceri olub-olmadığı bilnməsə də, anası rəhbərliyin məhz özü ilə anlaşmasını tələb edir. Hətta son görüşdə Leroyun atası - keçmiş seneqallı futbolçu Süleyman Sane də iştirak edib. Lakin tərəflər növbəti dəfə razılaşa bilməyiblər.
Qeyd edək ki, 23 yaşlı Sanenin "Mançester Siti" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.
Milli.Az