İdman

Azərbaycan klubundan transfer bombası - Ulduz futbolçu ilə danışıqlar aparılır

14 Mart 2019 13:31
1 Şərh     Baxış: 2 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Səbail" Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa "Bastia"sında başlayan Esyen ən çox oyuna İngiltərənin "Çelsi" klubunda çıxıb.

Yarımmüdafiəçi "Çelsi" formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının "Real" və İtaliya nəhəngi "Milan"ın da şərəfini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.