İdman

Yaponiya Tokio-2020 Olimpiya Oyunlarında KXDR idmançılarının iştirakına icazə verə bilər

15 Mart 2019 08:20
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hökuməti Tokio-2020 Olimpiya Oyunlarında Koreya Xalq Demokratik Respublikası (KXDR) idmançılarının iştirakına icazə verə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə cavabdeh olan nazir Yoşitaka Sakurada söyləyib. Nazirin sözlərini sitat gətirən agentlik yazır: "Olimpiya və Paralimpiya Oyunları bütün dünyada sülhü tərənnüm edən ən böyük hadisədir və burada daha çox iştirakçının olması arzu ediləndir. Bu məsələyə hərtərəfli yanaşmaq lazımdır".

Y.Sakurada bildirib ki, Yaponiyanın əlaqədar nazirliyi və idarələri bu məsələ ilə məşğul olacaqlar.

Yaponiya KXDR-in həyata keçirdiyi çoxsaylı nüvə və raket sınaqlarına görə birtərəfli sanksiyalar çərçivəsində həmin ölkənin vətəndaşlarının bu Gündoğar ölkəyə səfərlərinə qadağa qoyub. Şimali Koreyadan olan idmançılar Yaponiya ərazisində keçirilən idman yarışlarına təsadüfi hallarda və yalnız yerli hakimiyyət orqanlarının xüsusi icazəsindən sonra qatıla bilərlər.

Tokioda Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək, Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.