İdman

Avropa Liqası finalı üçün bilet satışının bitməsinə 8 gün qaldı

14 Mart 2019 11:15
Baxış: 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının bitməsinə 8 gün qaldı.

Martın 21-dək davam edəcək müraciət mərhələsində hər kəs  europaleague.tickets.uefa.com linkinə daxil olaraq şəxsi hesabını yaratmalıdır. Daha sonra bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Gənclər üçün paket də təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet - bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) hər kəs üçün satışda olacaq.

Bilet satışı və qeydiyyat prosesi ilə bağlı əlavə suallarınız olarsa, https://support.tickets-uelfinal.uefa.com/hc/az/requests/new linkinə daxil olaraq, UEFA-nın müştəri xidmətlərinə Azərbaycan dilində yazıb müraciət edə bilərsiniz.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.