İdman

Bu gün Bakıda FIG Dünya Kubokunda Azərbaycan gimnastı ilkə imza atacaq

14 Mart 2019 10:27
Baxış: 227

Bu gün Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku bir çox özəlliklərlə yadda qalacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna ənənəvi olaraq yarışda sərgilənən yüksək təşkilatçılıq və peşəkarlıq əsas verir. Yeniliklərdən biri isə Azərbaycan yığmasını təmsil edəcək qadın idman gimnastımız Marina Nekrasovanın bir ilkə imza atması olacaq. Belə ki, o, qapalı idman paltarında çıxış edəcək.

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva isə bu geyimə uyğun olaraq idmançımız üçün xüsusi olaraq "Sarı gəlin"ı hazırlayıb. Gimnastımız məhz bu kompozisiya altında çıxış edəcək və hakimlərin bunu bəyənəcəyinə, uğur qazanacağına ümid edir.

Qeyd edək ki, 14-17 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək. Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edəcəklər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.