İdman

Yaponiyalı gimnast: "Bakıya qızıl medal qazanmağa gəlmişəm"

13 Mart 2019 18:54
Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyalı gimnast Kohey Kameyama Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanacağına ümid edir.

Milli.Az xəbər verir ki, Trend-ə danışan dünya çempionu bildirib ki, qələbə qazanmaq üçün böyük şansı var.

Rəqiblərindən bəhs edən K.Kameyama deyib ki, Bakıda Dünya Kubokunda çox sayda Olimpiya və dünya çempionları iştirak edəcək:

"Qələbə qazanmaq üçün böyük şansım var. Qalib olmaq üçün əlimdən gələni edəcəyəm. Hər kəs birinci yeri tutmağa çalışır, düşünürəm ki, burada çox şey şansdan asılı olacaq".

İdmançı Bakıda Milli Gimnastika Arenasından aldığı təəssüratları da bölüşüb:

"Bu arena Yaponiyadakı arenalarla müqayisədə çox işıqlıdır. Burada şərait ümumilikdə çox yaxşıdır, hər şey xoşuma gəlir, çox rahatdır".

Qeyd edək ki, 14-17 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku keçiriləcək. Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova təmsil edəcəklər. M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər, İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.