İdman

"Bavariya"nın qələbəsini arzulayıram" - Qvardiola

13 Mart 2019 14:45
0 Şərh     Baxış: 849

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Şalke" darmadağınından (7:0, ilk oyun 3:2) danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı komandasının inanılmaz oyun sərgilədiyini deyib. "İkinci yarıda tam fərqli oynadıq. Dinamika, sürət, dəqiq ötürmələr 7 qol vurmağa imkan yaratdı. Sanenin çıxışından razı qaldım. İlk 20 dəqiqə ərzində kifayət qədər aqressiv deyildi. Sonrakı oyunu məni qane etdi. Danilonun istənilən mövqedə oynamaq bacarığı var. Bu keyfiyyətinə görə tərifə layiqdir. Rəqibin baş məşqçisi Tedeskonun vəziyyətini anlayıram. Bu cür məğlubiyyət heç bir məşqçinin ürəyincə olmur".

Qvardiola ÇL-nin 1/8 finalında "Bavariya - "Liverpul" qarşılaşmasından danışıb. Çalışdırıcı Münhen təmsilçisini dəstəklədiyini deyib: "Top-klubların qarşılaşması həmişə maraqlı olur. "Bavariya"nın qələbəsini arzulayıram. Özümü klubun bir parçası hesab edirəm. Burada dostlarım çoxdur".

İspaniyalı mütəxəssis 2013-2016-cı illərdə alman klubunu çalışdırıb.

Xatırladaq ki, "Bavariya" - "Liverpul" arasında cavab qarşılaşması bu gün olacaq. İngiltərədə keçirilən ilk oyunda qolsuz bərabərlik qeydə alınıb - 0:0.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.