İdman

"Mən, sadəcə, öz işimi gördüm" - Ronaldu

13 Mart 2019 14:22
1 Şərh     Baxış: 978

Biz bu axşamı xüsusi etmək istəyirdik və buna müvəffəq olduq. Bunu təkcə  mənim qollarım yox,  bütün komanda sayəsində bacardıq. Bizə məhz belə əhval-ruhiyyə ilə Çempionlar Liqasında oynamaq lazımdır. Özümüzlə fəxr etməliyik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuventus"un futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının 1/8 finalında "Atletiko"ya 3:0 hesabı ilə qalib gəldikləri cavab matçını şərh edərkən deyib.

Sözügedən oyunda het-trikə imza atan portuqaliyalı hücumçu bildirib: "Mən, sadəcə, öz işimi gördüm. Sehrli axşam oldu. Buna görə çox şadam. "Atletiko"ya qarşı oynamaq həmişə çətindir. Amma biz öz oyunumuzla güclü komanda olduğumuzu sübut etdik. Belə xarakter göstərməliyik. Biz düzgün yoldayıq".

Ronaldu Turin klubuna məhz belə oyunlarda kömək etmək üçün dəvət olunduğunu vurğulayıb. O, hazırda final haqda danışmağın tez olduğunu da söyləyib: "Addımbaaddım hərəkət etməliyik".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sübhan · 13 Mart 14:2721

    Dünya futbolunun ən güclü oyunçusu KR7

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.