İdman

"Ronaldu dünyanın ən yaxşı oyunçusudur" - Simeone

13 Mart 2019 12:46
1 Şərh     Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"u təbrik edirəm. Çünki çox yaxşı hücum etdilər. Bizdən daha yaxşı oynadılar. Onlar layiqli qələbə qazandılar. Biz də çox səhv etdik.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasınnın 1/8 finalında "Yuventus"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra deyib.

"Bu matçın ən pis oyunumuz olduğunu düşünmürəm. Sadəcə, rəqib daha yaxşı oynadı. İlk hissədə bir qol epizodu yaratdıq, amma ikinci yarıda heç nə ilə yadda qalmadıq" - o söyləyib.

Argentinalı mütəxəssis Turin klubunun üç qolunun müəllifi olan Kriştianu Ronaldunun onun hərəkətini təkrarlamağına da münasibət bildirib: "Ronaldu dünyanın ən yaxşı oyunçusudur. O, belə böyük matçlarda özünü bir daha göstərir. Ronaldunun jesti? O gördü ki, mən bu hərəkəti "Metropolitano"da etdim. O da mənim kimi xarakter göstərdi. Ronaldu belə böyük klubun ruhunu nümayiş etdirdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.