İdman

"Sabah qolsuz bərabərlik olmayacaq" - Niko Kovaç

12 Mart 2019 21:12
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bavariya"nın baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/8 finalında sabah "Liverpul"la keçirəcəkləri cavab oyunu haqda fikirlərini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, iddialı danışan xorvatiyalı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını bildirib:

"Sabah bütün dünya bizə baxacaq. Bu, təkcə futbolçular və məşçilər deyil, həm də azarkeşlərimiz və media üçün böyük hadisədir. Əgər növbəti mərhələyə çıxmaq istəyiriksə, qalib gəlməliyik. Qolsuz bərabərlik olmayacaq. Sabah bütün stadion bizi dəstəkləyəcək".

Qeyd edək ki, sabah keçiriləcək "Bavariya" - "Liverpul" oyunu Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq. İngiltərədəki ilk matçda hesab açılmamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.