İdman

“Real Madrid” Eden Hazarda görə “Çelsi”yə FANTASTİK TƏKLİF göndərdi

12 Mart 2019 20:29
0 Şərh     Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real Madrid" futbol klubu belçikalı yarımmüdafiəçi Eden Hazarda görə, "Çelsi"yə 115 milyon avroluq təklif göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 11-də fransalı baş məşqçi Zinəddin Zidan vəzifəsinə geri döndükdən sonra klub rəhbərliyi Eden Hazardın transferi üçün London təmsilçisinə 115 milyon avro təklif edib. Zidanın geri qayıtması Hazardın Madrid komandasına transfer olunmasına müsbət təsir edə bilər.

Eden Hazard 2012-ci ildən "Çelsi" komandasının formasını geyinir. Belçikalı yarımmüdafiəçi London klubunda Avropa Liqası, Futbol Liqası Kuboku, iki dəfə İngiltərə çempionatı və İngiltərə Kuboku yarışlarının qalibi adını qazanıb. O, Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında Belçika milli komandasının heyətində bürünc medala layiq görülüb.

Qeyd edək ki, Madrid klubu cari mövsümdə İspaniya çempionatında 27 oyundan sonra 21 xalla üçüncü yerdə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.