İdman

AFFA-dan "Sumqayıt"a ağır cəzalar

12 Mart 2019 15:44
0 Şərh     Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, iclasda Topaz  Premyer Liqasının XX turunda baş verən qayda pozuntuları ilə  bağlı qərarlar qəbul olunub.

"Qəbələ" - "Səbail" matçında  "Səbail"in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40). Oyunun 73-cü dəqiqəsində "Qəbələ"nin futbolçusu Bəhlul Mustafazadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Sumqayıt" - "Neftçi" matçında "Sumqayıt"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. "Neftçi"nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunb. Oyunun 78-ci dəqiqəsində "Sumqayıt" klubunun qapıçısı Mehdi Cənnətov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Oyunun 82-ci və 84-cü dəqiqələrində "Sumqayıt"ın azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.