İdman

"Qələbədə payımın olması məni çox sevindirir" - Ömər Buludov

11 Mart 2019 09:33
0 Şərh     Baxış: 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin müdafiəçisi Ömər Buludov klubun rəsmi saytına açıqlama verib.

Milli.Az xəbər verir ki, Topaz Premyer Liqanın 20-ci turunda "Sumqayıt"ın qapısına qələbə qolunu vuran gənc futbolçu qalibiyyətdə azarkeşlərin də böyük pay sahibi olduğunu bildirib:

"Çətin oyun oldu. Turnir cədvəlində vahid lider olmaq baxımından da çox vacib 3 xalı qazandıq. Qolu kimin vurması önəmli deyil, əsas odur ki, qalib gəldik. Nə yalan deyim, qələbədə payımın olması məni çox sevindirir. Hər dəfə olduğu kimi, növbəti oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, qələbə qazanaq, 1-ci pilləni əldən verməyək. Yeri gəlmişkən, bu qələbədə azarkeşlərimizin də payı böyükdür. Buna görə onlara təşəkkür edirəm".

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" oyunu paytaxt klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.