İdman

ABŞ-da dünya çempionu intihar etdi

11 Mart 2019 09:15
0 Şərh     Baxış: 550

ABŞ-da velotrek üzrə üçqat dünya çempionu Kelli Ketlin öz həyatına son qoyub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "VeloNews" məlumat yayıb.

23 yaşlı idmançının atasının dediyinə görə, onun cansız bədəni Kaliforniya ştatındakı evində tapılıb. Onun hansı şəraitdə intihar etdiyi barədə açıqlama verilmir.

İdmançının ölümü haqqında informasiyanı ABŞ Velosport federasiyasının sədri Bob Demartini də təsdiqləyib.

Qeyd edək ki, Kelli Ketlin qadınlar arasında keçirilən velotrek üzrə 2016, 2017 və 2018-ci il dünya çempionatlarında (komandalı çıxışlarda) qızıl medal qazanıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.