İdman

"Neftçi"nin futbolçusu: "Məqsədimiz "Qarabağ"ın çempionluğuna son qoymaqdır"

10 Mart 2019 19:50
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İlk qolu, demək olar ki, özümüz qapımızdan keçirdik. Rəqibə qol vəziyyəti yaratmaq şansı vermədik. Qol buraxdığımız epizodda axmaq səhv alındı".

Milli.Az report-a istinadən bildirir ki, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Ukraynalı müdafiəçi layiqli qələbə qazandıqlarını bildirib: "Sumqayıt" bizə qarşı heç nə edə bilmədi. Bu gün sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq. Hətta 70-ci dəqiqədə hesabda geridə olarkən belə, qələbə qazanacağımıza əmin idim. Havanın küləkli olması isə rəqib kimi, bizə də təsir etdi".

Petrov turnir cədvəlində yenidən vahid liderliyi ələ keçirmələrinin həlledici olmadığını vurğulayıb: "Turnir cədvəlinə hələ baxmağa ehtiyac yoxdur. Hər oyun bizim üçün həlledicidir. Gələn tura da final gözü ilə baxırıq. "Neftçi" uzun müddətdir çempion ola bilmir. "Qarabağ" 5 ildir çempionluğu heç kimə vermir. Məqsədimiz buna son qoymaqdır".

Qarşılaşmanın 77-ci dəqiqəsində "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov məhz "Neftçi"nin legioneri ilə insidentə görə qırmızı vərəqə alıb. 29 yaşlı oyunçu həmin epizodu belə şərh edib: "Mən həmin epizodda topa vurmaq istədim. O isə mənə qarşı kobudluq etdi. Orada hansısa simulyasiya yox idi. Ukraynada bizə belə öyrətməyiblər. Həmin anda bizi yalnız qol vurmaq maraqlandırırdı".

Petrov bugünkü qarşılaşmada "Neftçi"nin hər iki qolunu müdafiəçilərin vurmasına da münasibət bildirib: "Meydanda hamımız birik. Qolu qapıçı və ya meydan oyunçusunun vurmasının elə bir fərqi yoxdur. Qalib gələndə hamımız sevinir, məğlub olanda isə üzülürük. Mboc, demək olar ki, həm öz qapımıza, həm də rəqib qapısına qol vurdu. Bu gün səhvini yudu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.