İdman

Boksçumuz Avropa çempionatında səkkizdəbir finala yüksəldi

10 Mart 2019 12:30
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşlı kişi və qadın boksçular arasında Avropa çempionatı davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.

Təmsilçilərimizdən Nicat Həsənov (69 kq) Saymonas Banislə (Litva) üz-üzə gəlib. Gərgin keçən döyüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

75 kiloqram çəki dərəcəsində rinqə çıxan Amin Kuşkov isə eyni hesabla belçikalı Proton de la Şappel Lakeloya 3:2 hesabı ilə qalib gəlib. Boksçumuz səkkizdəbir finalda rusiyalı Aleksey Semikinlə döyüşəcək. Qarşılaşma martın 11-də keçiriləcək.

Qeyd edək ki, bu gün millimizin üç üzvü rinqdə mübarizə aparır. Ruslan Rüstəmov (60 kq) israilli Bişar Sabbarla, Bəxtiyar Qazıbəyov (64 kq) ispaniyalı Adrian Kreusla, Cəbrayıl Yelekov (81 kq) isə moldovalı Dmitri Koskyuqla gücünü yoxlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.