İdman

UEFA "Qarabağ"la oyuna görə "Arsenal"ı cərimələdi

9 Mart 2019 10:42
0 Şərh     Baxış: 1 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, iclasda bir sıra məsələlərə baxan qurum Avropa Liqasının qrup mərhələsinin VI turunda keçirilən "Arsenal" (İngiltərə) - "Qarabağ" matçında yaşananları da müzakirə edərək müvafiq qərar çıxarıb.

Dekabrın 14-də keçirilən və xoşagəlməz olaylarla yadda qalan qarşılaşma ilə bağlı işi bir neçə dəfə təxirə salan UEFA bu dəfə yekun qərarını verib. Londonda keçirilən oyunun gedişində əlində qondarma "Dağlıq Qarabağ Respublikası" bayrağı olan azarkeşin çıxması, həmçinin görüşün startının gecikməsi İngiltərə klubunun cəzalandırılması ilə nəticələnib. UEFA "Arsenal"a 15 min avro cərimə kəsib.

Qeyd edək ki, oyunda London klubu 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.