İdman

"Yuventus" "Atletiko"ya, "Mançester Siti" "Şalke"yə qarşı

12 Mart 2019 21:09
0 Şərh     Baxış: 417

Bu gecə Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 1/8 finalın cavab oyununda "Yuventus" "Atletiko"nu, "Mançester Siti" isə "Şalke"ni qəbul edəcək. 

Komandalar arasında keçirilən ilk görüşün nəticəsi İspaniya və İngiltərə təmsilçilərinin mərhələ adlamaq şansını artırıb. Ancaq rəqibini doğma meydanda qəbul edəcək "Yuventus" Madriddəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. "Şalke"nin isə işi daha çətindir. Evdə qapısından 3 top buraxan almanların güclü rəqibi ilə görüşdə geridönüş etmək şansı aşağı qiymətləndirilir.

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

12 mart

00:00. "Yuventus" - "Atletiko"
İlk oyun - 0:2

00:00. "Mançester Siti" - "Şalke"
İlk oyun - 3:2




13 mart

00:00. "Barselona" - "Lion"
İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul"
İlk oyun - 0:0


Xatırladaq ki, "Mançester Yunayted", "Ayaks", "Tottenhem" və "Portu" 1/4 finala yüksəlib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.