İdman

Çempionlar Liqası: "Borussiya" - "Tottenhem" oyunun taleyini 1 qol həll etdi - VİDEO - FOTO

6 Mart 2019 07:29
0 Şərh     Baxış: 1 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında "Borussiya" Dortmund doğma meydanda "Tottenhem"i qəbul edib. Milli.Az Trend-ə istinadən bildirir ki, oyun qonaqların minimal qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu H.Keyn 49-cu dəqiqədə vurub. İki matçın cəmində "Tottenhem" 4:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə keçib.

"Tottenhem"in ¼ final mərhələsində rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində məlum olacaq.

"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə) - 0:1

Keyn, 49

Dortmund. "Siqnal İduna Park" stadionu. Baş hakim: Danni Makkeli (Hollandiya)

İlk oyun - 0:3

"Borussiya": 1. Roman Burki, 4. Abdu Diallo, 7. Jadon Sanço, 9. Pako Alkaser, 10. Mario Götze, 11. Marko Roys, 13. Rafael Gerrero, 16. Manuel Akanji, 27. Marius Volf, 28. Aksel Vitsel, 33. Julian Vayql

"Tottenhem": 1. Huqo Lloris, 4. Tobi Alderveyld, 5. Yan Vertongen, 6. Davinson Sançez, 7. Hon Min Son, 8. Harri Vinks, 10. Harri Keyn, 17. Musa Sissoko, 23. Kristian Eriksen, 24. Serxi Orue, 33. Ben Deyvis

Qeyd edək ki, 1/8 finalın digər iki cavab oyunu martın 6-da keçiriləcək. PSJ (Fransa) "Mançester Yunayted"lə (İngiltərə), "Porto" "Roma" ilə qarşılaşacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.