İdman

Qurban Qurbanov daha 8 pillə gerilədi

5 Mart 2019 14:31
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən güclü 1000 məşqçisinin növbəti reytinq siyahısı açıqlanıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycanın yeganə təmsilçisi Qurban Qurbanov qəraraşıb.

"Qarabağ"ın baş məşqçisinin mövqeyində növbəti dəyişiklik olub. O, ötən həftə olduğu kimi, yenə geriləyib. Hesabındakı 1073 xal olduğu kimi qalsa da, Qurbanov 8 pillə geriləyərək, 515-ci yerə düşüb.

İlk "üçlük"də bu dəfə də dəyişiklik olmayıb. "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo liderliyini davam etdirir. Aktivinə daha 376 xal əlavə edən Qalyardonu (14632) ikinci yerdə qərarlaşan "Barselona"nın çalışdırıcısı Ernesto Valverde izləyir. Valverde hazırda həmkarından cəmi 3 xal geri qalır - 14629. İlk "üçlüy"ü "Atletiko"nun baş məşqçisi Dieqo Simeone (12463) qapayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.