İdman

"Neftçi" "Sumqayıt"la oyuna itkilərlə çıxacaq

5 Mart 2019 14:13
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Premyer Liqanın 20-ci turunda "Neftçi" "Sumqayıt"ın qonağı olacaq.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" oyuna itkilərlə çıxacaq. Komandanın yarımmüdafiəçisi Soni Mustivarla müdafiəçisi Məhəmməd Mirzəbəyov 19-cu turda "Sabah"la görüşdə (3:0) cəzalı duruma düşüblər. Hər iki futbolçu sarı vərəqə limitini doldurduğu üçün səfər matçında iştirak etməyəcək.

Bundan əlavə, paytaxt klubunun yarımmüdafiəçisi Rəhman Hacıyev də zədəlidir.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" görüşü martın 10-da baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.