İdman

"İstəyirəm ki, biz qalib olaq" - Canluka Sansone

2 Mart 2019 22:52
0 Şərh     Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biz bu gün yaxşı oyun nümayiş etdirdik. İlk dəqiqələrdən qol axtarışında idik. Qolu da erkən vura bildik. Bundan sonra ikincini də vurduq və daha yaxşı oynamağa başladıq. Demək olar ki, oyunun taleyini həll etdik".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Canluka Sansone Topaz Premyer Liqasının 19-cu turunda "Sabah"la oyundan (3:0) sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Premyer Liqada ilk qoluna imza atdın.

- Təbii ki, qol vurmaq xoş və vacib amildir. Ancaq mən öncə şəxsi və komanda göstəricilərinə baxıram. Bu gün həm şəxsi, həm də komanda göstəriciləri yaxşı idi. Buna görə daha çox sevinirəm, nəinki qol vurduğum üçün.

- "Səbail"ə məğlubiyyətdən sonra komandada nə dəyişdi ki, bir həftə ərzində belə dəyişiklik oldu?

- Mən razı deyiləm. Deməzdim ki, bir həftə öncəki oyunla bu gün keçirdiyimiz matçda böyük fərq var. Sadəcə, qol imkanlarımızdan istifadə edə bildik. "Səbail"lə matçda isə bunu bacarmadıq. Bir məğlubiyyəti geriyə addım kimi qələmə verilməsinin tərəfdarı deyiləm.

- Oyuna start heyətdə başlasanız da, sona qədər oynamırsınız. Fiziki cəhətdən çatdıra bilmirsiniz?

- Komanda 11 nəfərdən ibarət deyil. Heyətimiz genişdir. Hər bir oyunçuya şans verilməlidir və hamı buna layiqdir. Dəyişikliklər isə baş məşqçiyə aiddir.

- Son 9 turda neçə qol vurmaq istəyirsiniz?

- Mən istəyirəm ki, biz qalib olaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.