İdman

"Qarabağ"ın futbolçusuna ağır itki

1 Mart 2019 17:19
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Con Delarj komandanın düşərgəsini müvəqqəti olaraq tərk edib.

Milli.Az xəbər verir ki, bu haqda qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. "Delarj bacısının dünyasını dəyişdiyini bildirərək dünən axşam vətəni Konqoya yola düşüb".

Klub rəsmisi futbolçunun yaxın günlərdə Azərbaycana dönəcəyini söyləyib.

Xatırladaq ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı zamanı Delarjı əsas komandadan uzaqlaşdıraraq əvəzedici heyətə göndərib. Onun mövsümün sonu klubu tərk edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.