İdman

"Torpaqlarımız işğal olunub" dedi, efirə verilmədi - Rus kanalından Rəşada qadağa - VİDEO

1 Mart 2019 16:09
0 Şərh     Baxış: 1 626
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür ölkə idman mətbuatında "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Rusiyanın "MATÇ" TV kanalına müsahibəsindən bir hissə yayımlanır. Orada R.Sadıqovun işğal olunmuş Qarabağ bölgəsi haqda danışdığı diqqət çəkir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu videonu ilk olaraq "Qarabağ"ın rəsmi Feysbuk səhifəsi paylaşıb. Videoda diqqəti bir məqam çəkir. Bu görüntü peşəkar operator deyil, üçüncü bir şəxs tərəfdən mobil telefonla çəkilib. Ağdam klubunun səhifəsi də R.Sadıqovun işğal altındakı ərazilərimizlə bağlı fikrini Xocalı soqyırımının 27-ci ildönümü günündə paylaşıb.

Müsahibə özü ötən ilin oktyabrında, London "Arsanal"ı ilə Bakıdakı oyundan əvvəl götürülüb. Lakin Qol.az-ın əldə etdiyi xəbərə görə, əslində Rəşadın bu fikirləri Rusiya kanalında yayımlanmayıb. Ehtimal etmək olar ki, "Qarabağ"ın kapitanı Azərbaycan ərazilərinin işğal olunduğunu dediyi üçün efirə verilməyib.

Rəşadın senzuraya qalan fikirlərinin videosu

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rəşad Sadıqovun Rusiya kanalında efirə verilməyən fikirləri

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.