İdman

Lukaşenkonun izlədiyi oyunda dava düşdü - VİDEO

27 Fevral 2019 17:23
1 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusda hokkeyçilər ölkə prezidenti Aleksandr Lukaşenkonun da canlı izlədiyi oyunda dalaşıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, insident Minsk "Dinamo"su və Belarus Ekstraliqasında çıxış edən hokkeyçilərdən ibarət yığmanın qarşılaşmasında baş verib. Paytaxt təmsilçisinin 2:4 hesabı ilə uduzduğu görüşün final sirenası çalınandan dərhal sonra "Dinamo"dan Oleq Yevenko ilə rəqib oyunçular İqor Brikun və Yeqor Qaynetdinovun iştirakı ilə dava düşüb.

Hakimlərin və digər hokkeyçilərin müdaxiləsindən sonra tərəfləri bir-birindən ayırmaq mümkün olub.

Qeyd edək ki, "Minsk-Arena"da baş tutmuş görüş iki qələbəyə qədər davam edəcək seriyanın ilk matçıdır. Növbəti oyun fevralın 28-də "Çijovka Arena"da keçiriləcək. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hokkeyçilər oyunda dalaşıblar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.